XƏBƏRLƏR

SABAH tələbələri “Yaşıl Qarabağ” hakatonunda

TƏLƏBƏLƏR

27 Fevral 2026

UNEC-də “İBİ” MMC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birgə tələbələr arasında “Yaşıl Qarabağ” hakatonu ekoloji davamlılıq və innovativ yanaşmalar mövzusunda təşkil edilib. Bu istiqamət üzrə 67 tələbədən ibarət 15 komanda “Yaşıl Qarabağ” konsepsiyasına uyğun real problemlər üzərində çalışaraq ekoloji və innovativ layihələr hazırlayıb.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən UNEC SABAH qruplarının Qida mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri Fidan Quliyevanın rəhbəri olduğu və Aytac Məmmədlinin üzvü olduğu “SustainX”  komandası ikinci yerə layiq görülüb.

Hakaton müddətində iştirakçılar ideyalarını texnoloji həllərə çevirib, layihələrini peşəkar münsiflər heyətinə təqdim edərək həm komanda işi, həm də problem həll etmə bacarıqlarını nümayiş etdiriblər.